Təhlükəsiz məktəb

Məktəbdə təhlükəsiz mühitin yaradılması normal iş ahənginin qurulması və təlim-tərbiyə prosesinin müasir tələblərə uyğun aparılması üçün bir zəmindir.Təhsil müəssisəsi şagird və müəllimlərin fiziki, psixoloji və sosial baxımdan özlərini təhlükəsizlikdə hiss etdikləri məkana çevrilməlidir.Qamət Abbasov adına 284 nömrəli tam orta məktəbdə təhlükəsiz mühitin yaradılması ilə bağlı MÜTDA- nin müvafiq məktubuna əsasən valideyn və şagirdlərlə , eləcə də təhsil müəssisəsinin texniki və pedaqoji heyəti ilə maarifləndirici tədbirlər həyata keçirilməkdədir. Belə ki, VII- XI sinif şagirdlərinin valideynləri ilə keçirilən görüşlərdə şagirdlərin sosial şəbəkə hesablarına ,davranışlarına  diqqətin artırılması zərurəti qeyd edilmişdir.Məktəbin təşkilatçısı Rüstəmova Gülnarə  və UBTR-i Hüseynova Tünzalənin iştirakı ilə V siniflərdə şagird davranış qaydaları ilə bağlı təlimlərə başlanılmışdır.Məktəb rəhbərinin müvafiq əmrinə əsasən təhsil müəssisəsinə giriş və çıxışlara nəzarət gücləndirilmiş,kənar şəxslərin ümumi təhsil müəssisəsinə buraxılmamasına ciddi nəzarət olunur.Şagirdlərin qəbulu və yola salınması prosesi məktəb müdiriyyətinin birbaşa nəzarəti altında həyata keçirilir.Risk qrupuna aid olan şagirdlərin aşkar edilməsi, məktəb psixoloqlarının onlarla apardığı işin gücləndirilməsi , nəticələrlərin  məktəb müdiriyyəti ,sinif rəhbərləri və valideynlərə məlumat verilməsi işi aparılır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi