Nailiyyətlərimiz

Komandamız fərqləndiMəktəbimizin bir qrup şagirdi aprel və may ayları ərzində "Məktəblinin dostu " əməkdaşlarının  müxtəlif vaxtlarda təşkil etdikləri müsabiqələrdə iştirak etdi.Əsas məqsədi uşaq və yeniyetmələrin bədii və estetik zövqünün inkişaf etdirilməsi, məktəblilərin asudə vaxtının maraqlı təşkil edilməsi, istedadların üzə çıxarılması üçün təşkil olunan mahnı  və xor qruplarının müsabiqəsi , eləcə də komandalar arasında bilik yarışında şagirdlərimiz  böyük həvəslə iştirak etdilər. 45 nömrəli məktəbdə keçirilən bilik yarışında komandamız II yerə çıxmışdır.Təbrik edirik!

İstedadlı şagirdlərimizi Siz də tanıyın!Fərid Nizamlı  məktəbin 9c sinfində təhsil alır.O da dərs əlaçısıdır. Uşaq vaxtlarından rəsm çəkməyi sevən Fəridin bu sahədə artıq uğurları vardır.Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə məktəblilər arasında keçirilən “Heydər Əliyev və təhsil” adlı rəsm müsabiqəsinin qalibləri arasında  Fəridin də adı vardır.

İstedadlı şagirdlərimizi Siz də tanıyın!Aysel Qurbanzadə  284 nömrəli tam orta məktəbin 7g sinfində təhsil alır. O, həmçinin Ağdam musiqi məktəbinin kamança sinfində oxuyur. Hər iki məktəbdə dərs əlaçısıdır.İki il öncə  o, Lütfi Zadə adına  məntiq olimpiadasında respublika ikincisi oldu. Bu il riyaziyyat fənni üzrə keçirilən Beynəlxalq Kenquru olimpiadasında isə nəticələrinə görə  Aysel üçüncü yerə layiq görülmüşdür.

HAQQIMIZDA

 Baki şəhəri Binəqədi rayonu Qamət Abbasov adına 284 nömrəli tam orta məktəb 1991-ci ildə tikilərək istifadəyə verilmişdir. Məktəb 2012-ci ildə əsaslı təmir olub. 2022-2023-ciü tədris ilində məktəbdə çalışan müəllimlərin s...

BİZİM FƏXRLƏRİMİZ

Ceyhun Mustafayev Şahin

Ceyhun Mustafayev Müşviq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi