Nailiyyətlərimiz

Rəqqaslarımızın uğuruPaytaxtdakı 19 nömrəli tam orta məktəbdə "Məktəblinin dostu" pilot layihəsinin təşkilatçılığı ilə məktəblərarası rəqs festivalı baş tutdu. Məktəblilər rəqs müsabiqəsinə 3 növdə, milli rəqslər, bal rəqsləri və pop rəqsləri növü üzrə öz məharətlərini nümayiş etdirməli idilər. Maraqla izlənilən yarışmanın sonunda 284 nömrəli tam orta məktəbin şagirdləri Zeynəb Ağayeva və Məşrufə Səlimova milli rəqslər üzrə qalib oldu. Onu da qeyd edək ki, qızlarımız məktəbin rus bölməsinin 8-ci sinfində təhsil alırlar. 2 ildir ki, rəqs dərnəyində məşgul olurlar.

"Ədəbiyyat biliciləri" müsabiqəsinin qalibiSürəyya Soltanova 10-cu sinif şagirdidir. Dərs əlaçısıdır. BŞTİ- nin elan etdiyi "Ədəbiyyat biliciləri" müsabiqəsinin qalibidir. Bu yaxınlarda 299 nömrəli məktəb-liseydə keçirilən "Ədəbiyyat biliciləri" konfransında etdiyi çıxış hamının marağına səbəb olmuşdu. O Fəxri Fərmanla təltif olunmuşdur.

"Azərbaycan səninlədir, sənsiz deyil"Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi rayon Gənclər və İdman İdarəsi və 26 №li Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında "Azərbaycan səninlədir, sənsiz deyil" VII yaradıcılıq festivalı keçirilmişdir.Sevindirici haldır ki,bu il məktəbimizin VIII sinif şagirdi Baxşəliyeva leyla Azad qızı bədii qiraət nominasiyası üzrə qalib elan edilmişdir. Onu da qeyd etmək istəyirik ki,Leyla dərs əlaçısıdır, məktəbdə fəaliyyət göstərən özfəaliyyət dərnəyinin üzvüdür.

HAQQIMIZDA

 Baki şəhəri Binəqədi rayonu Qamət Abbasov adına 284 nömrəli tam orta məktəb 1991-ci ildə tikilərək istifadəyə verilmişdir. Məktəb 2012-ci ildə əsaslı təmir olub. 2022-2023-ciü tədris ilində məktəbdə çalışan müəllimlərin s...

BİZİM FƏXRLƏRİMİZ

Nicat Məmmədzadə Məmməd

Ceyhun Mustafayev Müşviq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi