Heydər Əliyev və Həmrəylik Günü

    Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların birliyinin, həmrəyliyinin təmin olunması məqsədilə 2001-ci il mayın 23-də Heydər Əliyevin imzaladığı sərəncamla 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Qurultayda dərin məzmunlu nitq söyləyən ulu öndər Heydər Əliyev  dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin təmin edilməsi, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsı zərurəti, o cümlədən, ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında fikirlərini bildirdi.

    "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!"-deyən müdrik rəhbərin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrildi. Nəticədə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü hər il təqvimə qürur və sevinc hissi ilə əlavə edildi. Bu mövzuya Azərbaycan dili və Ədəbiyyat müəllimi Ülviyyə Əhmədovanın təşəbbüsü ilə təqdimat hazırlayan məktəbin 8 G sinif şagirdləri öz bacarıqlarını müxtəlif çıxışlar, ifa etdikləri bədii nümunələr, əl işləri olan divar kağızları ilə təqdim etdilər. Azərbaycan himninin səslənməsi ilə başlanan təqdimat müddətində Ulu öndər Heydər Əliyevin, onun ideologiyasının məğrur və layiqli davamçısı İlham Əliyevin bu tarixə yönəlmiş siyasi addımları qürurla xatırlandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi