Məktəbimizin fəxri olan 6”F” sinif şagirdi Kərimov Turan Azərbaycan Respublikasının “Qızıl Əlcək” İdman klubunun keçirtdiyi boks idman növü üzrə yarışda I yerə layiq görülmüşdür. Məlumdur ki, bu Turanın birinci uğuru deyil. Məktəbimizin direktoru Dadaş Əliyev balaca fəxrimizi təbrik ederək, uğurlarının daha bol olmasını arzuladı.