Nailiyyətlərimiz

IV "D" sinif şagirdi Məstiyeva AysuMəktəbimizin IV "D" sinif şagirdi Məstiyeva Aysu Yeni təhsil proqramı kurikulum üzrə tədris olunan Zirvə kursunda iştirak etmişdir. Bu bilik müsabiqəsində 600-dən yuxarı bal toplamış, müsabiqədə yer tutmuş və fərqləndirilmişdir. M.Aysuya Zirvə kursunun nümayəndələri tərəfindən sertifikat təltif olunmuşdur.

Balaca idmançı qızımız Məryəm28№-li tam orta məktəbin III “B” sinif şagirdi Bayramova Məryəm Ceyhun qızı 27 yanvar 2019-cu il tarixində Bakı şəhərində təşkil edilmiş idmançıların kəmər dərəcə imtahanı və seminarında Karate idman növünün incəliklərini və xüsusiyyətlərini bildiyini sübut etdi. Buna görə “Dünya Sabaki Citsu Karate Federasiyası” tərəfindən VIII KÜİ dərəcəsinə layiq görülərək “Sarı kəmər” və sertifikatla mükafatlandırıldı.

Sədrəddinli Sofiya İbrahim qızı28 nömrəli məktəbin 3A sinif şagirdi Sədrəddinli Sofiya İbrahim qızı Nizami Tədris Mərkəzində keçirilmiş sınaq imtahanında yüksək nəticə toplayaraq məktəb üzrə 1-ci yerə çıxdığına görə diplomla təltif edilmişdir.

HAQQIMIZDA

Bakı şəhəri Sabunçu rayon 28 nömrəli tam orta məktəb 14 sentyabr 2018-ci ildə açılmışdır. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir. Məktəb 960 yerlik olub...

BİZİM FƏXRLƏRİMİZ

Ruslan Nəsibov Akif

Aysun Rüstəmova

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi