Nailiyyətlərimiz

Şən və hazırcavablar liqası9 dekabr tarixində Rəşid Behbudov adına teatrda “Şən və hazırcavablar liqası” keçirildi. Azərbaycanda ilk dəfə ana dilində keçirilən liqa Bakı şəhər məktəblərindən seçilən 8 komanda arasında oldu. Hər məktəbə 5 dəqiqəlik yer verildi. Şagirdlərimizdən – Əli, Kənan, Elçin, Günay, İbrahim, Yunus, İsa “Günəşli uşaqları” adı altında çıxış etdilər. Çıxış maraqla qarşılandı. İnanırıq ki, münsiflər heyəti tərəfindən 3-cü yerə layiq görülən bu çıxış məktəbimizin tarixi yaddaşında həmişə yaşayacaqdır.

"Mənim bayrağım" inşa müsabiqəsiNoyabrın 6-da Suraxanı rayonunun tam orta məktəb şagirdləri arasında "Mənim bayrağım" adlı inşa yazı müsabiqəsi keçirildi. Məktəbimizin 10-cu sinif şagirdi Ələkbərli Səbinə və 11-ci sinif şagirdi Şıxızadə Hülya müsabiqədə fərqləndiyi üçün Fəxri Fərmana layiq görüldü.

Güləş birincisiMəktəbimizin 11-ci sinif şagirdi Əliyev İlkin güləş sahəsində öz nəaliyyətlərinə görə fərqlənir. Azərbaycan Güləş Federasiyasının Bakı şəhəri üzrə idmançıları arasında keçirilən yarışda 55kq çəkidə 1-ci yerin sahibi olub. O, həmçinin bir çox yarışlarda uğur qazanaraq qürur mənbəyimizə çevrilib.

HAQQIMIZDA

    Məktəb 1987-ci ildə birtipli lahiyə əsasında tikilmişdir. Layihəyə əsasən şagi...

BİZİM FƏXRLƏRİMİZ

Humay Mustafayeva... Arif

Məqsəd Rzayev Məmməd

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi