Cəlil Məmmədquluzadənin 150 illik yubileyi

   Tədbirlər planı çərçivəsində Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş "Açıq dərs" keçirilib. Azərbaycan dili və ədəbiyyat dərsini tədris edən Gülanə Ağayevanın təşəbbüsü ilə təqdim olunan dərsdə 9 "B" sinif şagirdləri iştirak ediblər. Yazıçının həyat və fəaliyyəti haqqında geniş məlumat verən şagirdlər daha sonra müxtəlif səhnəcikləri rollu oyunlar vasitəsilə nümayiş etdiriblər. "Gülbaharın monoloqu", "Kefli İsgəndər" və "Poçt qutusu" əsərlərinin müəyyən hissələri şagirdlərin ifasında canlanıb. Onlar müxtəlif obrazları məharətlə ifa edə biliblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi