Sağlam həyat tərzi

   28 noyabr tarixində məktəbin akt zalında "Sağlam həyat tərzi" adlı forum keçirilib. "Uşaq və Tələbə Gənclər Dünyası" İctimai Birliyinin sədri Tural Cəfərov, birliyin sədr müavini Bəxtimşah Tağıyeva və birliyin əməkdaşı Məhsəti xanımın təşkilatçılığı ilə baş tutan forumun məqsədi GMO- geni modifikasiya olunmuş ərzaq bitkilərinin orqanizmə təsiri haqqında şagirdləri məlumatlandırmaq olub. Yediyimiz qida məhsullarının zərərli və xeyirli tərəfləri barəsində söhbət aparan təşkilatçılar bu mövzuda şagirdləri narahat edən sualları da cavablandırıblar. Forumun sonunda maraqlı suallarla çıxış edən şagirdlər sertifikatla təltif olunublar. Direktor Südabə Abdullayeva təçkilatçılara təşəkkür etdikdən sonra forum yekunlaşıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi