Açıq dərs

   Tarix dərsini tədris edən Nərmin Səfərlinin təqdimatında gözəl bir "Açıq dərs" nümayiş olunub. 6 "D" sinfinin iştirakı ilə baş tutan "Açıq dərs"in  mövzusu "Finikiya ölkəsi" idi. Finikiya ölkəsinin təbiəti, sərvəti, şəhərləri və ixtiraları haqqında geniş informasiya ilə çıxış edən şagirdlər dərsin olduqca fəal və maraqlı keçməsinə nail olublar. Əvvəlcə mövzunu əhatə edən video-çarxın görüntüsünü izləyən şagirdlər müəllimin ünvanladığı sualları məharətlə cavablandıra biliblər. Daha sonra şagirdlərin qrup halında hazırladıqları divar qəzetləri təqdim olunub. Onlar topladıqları informasiyaları divar qəzetlərində tətbiq etməyi bacarıblar. Direktor Südabə Abdullayeva, direktor müavini Rəna Əbilova və psixoloq Raida Xidirova tərəfindən izlənən dərs tədrisin düzgün təşkili və informasiya zənginliyi ilə yadda qalıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi