"Talassemiya" müzakirə edildi

   Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 fevral tarixli 1044 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın icrasını təmin etmək məqsədilə ümumi təhsil müəssisələrində biologiya üzrə fənn proqramı çərçivəsində talassemiya haqqında mövzunun tədrisinə xüsusi əhəmiyyət verilir. Bu məqsədlə 9 "B" sinif şagirdləri təqdimat-dərs nümayiş etdiriblər. Biologiya dərsini tədris edən Aytən Cəbiyevanın rəhbərliyi ilə həyata keçən dərsdə talassemiya xəstəliyinin yaranma səbəbləri, ondan qorunma yolları haqqında söhbət aparılıb. Həmçinin, xəstəliyin simptomlarından, xəstələrə dövlət qayğısından və xəstəliyin Azərbaycanda ən geniş yayıldığı bölgələrdən də danışılıb.Video-çarx vasitəsilə təqdim olunan görüntülər isə mövzunu daha yaxşı dərk etməyə imkan yaradıb. Direktor müavini Rəna Əbilova və digər pedaqoji heyət tərəfindən izlənən dərs ötürülən informasiyanın zənginliyi ilə yadda qalıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi