Muzeye ekskursiya

   Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibində fəaliyyət göstərən Azərbaycan Geologiya Muzeyinə ekskursiya təşkil edilib. Coğrafiya dərsini tədris edən Kifayət Abdullayevanın təşəbbüsü ilə baş tutan ekskursiyada 7 "B" sinif şagirdləri iştirak ediblər. Qeyd edək ki, muzeydə ölkənin bütün bölgələrindən toplanmış  5 mindən çox dağ süxuru, mineral və kristal nümunələri qorunur. 6 bölmədən ibarət olan muzeyin fondunda 12 mindən çox nümunə var, lakin onlardan 6 mini nümayiş olunur. Şagirdlər nümayiş olunan nümunələrlə yaxından tanış olaraq maarifləndirici mövqe daşıyan ekskursiyalarını yaddaqalan ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi