Uşaq hüquqları

   Dünyada ən aktual məsələlərdən birinə çevrilən uşaq hüqüqlarının müdafiəsi  ilə bağlı ölkəmizdə noyabrın 20-nə qədər "Uşaq hüquqları" aylığı elan olunmuşdur. Bu məqsədlə məktəbimizdə "Dəyirmi masa"keçirilib. 8 “A” sinif şagirdlərinin iştirakı ilə keçirilən “Dəyirmi masa” əməkdar müəllim, peşəkar tarixçi Ofelya Musayevanın təşəbbüsü ilə baş tutub.Qeyd olunub ki, müasir dünyada uşaq hüquqları müxtəlif şəraitlərdə pozulur. Evdə, məktəbdə, müəssisələrdə uşaqlar fiziki, psixololi və cinsi təzyiqlərə məruz qalırlar. Bu kimi problemlərlə üzləşməmək üçün uşaqlar öz hüquqlarını bilməlidirlər. ”Dəyirmi masa”da uşaqların müxtəlif vəziyyətlərdə rastlaşdıqları problemlərdən qorunmağın həlli yolları müzakirə obyetinə çevriliblər. Direktor  müavini Rəna Əbilova tərəfindən izlənən "Dəyirmi masa"  informasiyaların çoxluğu ilə yadda qalıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi