Talassemiya

   Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 fevral tarixli 1044 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın icrasını təmin etmək məqsədilə ümumitəhsil müəssisələrində biologiya üzrə fənn proqramı çərçivəsində talassemiya haqqında mövzunun tədrisinə xüsusi əhəmiyyət verilir. Bu məqsədlə 8 "A" sinfindəki şagirdlər məlumatlandırılıb. Biologiya dərsini tədris edən Sveta Zamanova talassemiya xəstəliyinin yaranma səbəbləri, ondan qorunma yolları haqqında söhbət aparıb. Direktor müavini Rəna Əbilova tərəfindən izlənən dərs ötürülən informasiyanın zənginliyi ilə yadda qalıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi