Pedaqoji mühazirə

   Bu gün məktəbimizin müzeyində gözəl bir pedaqoji mühazirə keçirilib. 285 nömrəli tam orta məktəbin direktoru Səfurə Böyükağa qızı Rəhimovanın çıxışı izləyicilər tərəfindən olduqca maraqla qarşılanıb. Səfurə xanım " Şagirdlər üçün məktəb həyatını necə maraqlı etməli?" mövzusundakı mühazirəsində pedaqoji fəaliyyəti dövründə rastlaşdığı problemlər və onların həlli haqqında geniş məlumat verib. Sonda məktəbimizin direktoru Südabə Abdullayeva qonaqpərvərlik nümayiş etdirərək izləyicilərə xoş sözlərini ünvanlayıb.

   Qeyd edək ki, pedaqoji mühazirədə 285 və 279 nömrəli tam orta məktəbin müəllim kollektivinin əməkdaşları da iştirak edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi