Beynəlxalq Kulinariya Günü

   Beynəlxalq Kulinariya Günü məktəbimizin 4 "E" rus bölməsi sinfində qeyd edilib. Sinif rəhbəri Aygün Kərimovanın təşəbbüsü ilə keçirilən əlamətdar günün məqsədi rus bölməsində təhsil alan şagirdlərimizə Azərbaycan mətbəxinin dadlı təamlarını tanıtmaq, sevdirmək və milli soy-kökümüzə sadiq övladlar yetişdirmək olub.  Balaca şagirdlərimizin əl zəhmətinin bəhrəsi olaraq hazırlanan  "Paytaxt" və "Çoban" salatları elə bu məqsədin bariz nümunəsi idi. Görülən iş rəhbərlik tərəfindən də olduqca maraqla qarşılanıb. Direktor Südabə Abdullayeva, direktor müavini Rəna Əbilova  müəllim və şagirdlərin təşəbbüsünü təqdirəlayiq hesab ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi