Dərs dinləmə

 Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30 avqust 2019-cu il tarixli F-531 nömrəli əmrinin icrası ilə bağlı Bakı Şəhəri  üzrə Təhsil İdarəsinin ümumiləşdirilmiş vahid Tədbirlər Planınının 3-cü bəndini rəhbər tutaraq ibtidai siniflərdə şagirdlərin oxu, yazı və riyazi bacarıqlarının səviyyəsinin öyrənilib müzakirə ediməsi və nəticələrdən asılı olaraq sinif müəllimlərinin fəaliyyətinin qiymətmətləndirilməsi barədə müvafiq təkliflərin hazırlanmasının icrasını həyata keçirmək məqsədilə bu gün növbəti dərs dinləmələrimiz olub. Belə ki, direktor müavini Qızbəs Qasimova 4 "C" sinif rəhbəri Mahiyyət Sultanovanın "Məsələ həlli" mövzusundakı dərsini, 3 "F" sinif rəhbəri Günel Balayevanın " Ümumiləşdirici tapşırıq" mövzusundakı dərsini izləyib. Dərslərin gedişatı, şagirdlərin aktivliyi Qızbəs müəllimə tərəfindən qənaətbəxş hesab olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi