"Qırmızı və qonur yosunlar"

   Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30 avqust 2019-cu il tarixli F-531 nömrəli əmrinin icrası ilə bağlı Bakı Şəhəri  üzrə Təhsil İdarəsinin ümumiləşdirilmiş vahid Tədbirlər Planının 9-cu bəndini rəhbər tutaraq şagirdlərdə tədqiqatçılıq bacarığının formalaşdırılması ilə bağlı onların araşdırma tələb edən layihələrə cəlb olunması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Belə ki, məktəbimizdə kimya-biologiya dərsini uğurla təqris edən Təranə Rəcəbova 7 "E" sinif şagirdlərin iştirakı ilə maraqlı bir mövzuda "Açıq dərs" verib. "Qırmızı və qonur yosunlar" mövzusunda keçirilən dərsin tədqiqat sualı "Yosunlar hansı mühitdə yaşayır və yosunların tətbiqi, əhəmiyyəti nədir?" olub. Müzakirə mərhələsində şagirdlər yosunların rəngi, yaşadıqları mühit haqqında geniş söhbət aparıblar. Şagirdlər tərəfindən hazırlanan divar kağızı isə təqdim edilən informasiyaların əyani göstəricisi idi. 

   "Açıq dərs" direktor müavini Qızbəs Qasımova, Rəna Əbilova və psixoloq Raida Xidirova tərəfindən izlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi