Mixail Yuryeviç Lermontov

   Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30 avqust 2019-cu il tarixli F-531 nömrəli əmrinin icrası ilə bağlı Bakı Şəhəri  üzrə Təhsil İdarəsinin ümumiləşdirilmiş vahid Tədbirlər Planının 16-cı bəndinə əsasən mütaliə, yazı və nitq mədəniyyətinin inkişaf etdirilməsi, məktəblərdə kitabxana xətti ilə şagirdlərin cəlb olunduğu “Mütaliə aylığı” çərçivəsində  dahi rus şairi Mixail Yuryeviç Lermontovun doğum günü ilə əlaqədar məktəbimizdə “Dəyirmi masa” keçirilib. Rus dili və ədəbiyyat dərsini tədris edən Rəna Vahidovanın rəhbərliyi ilə təşkil edilən “Dəyirmi masa” 8 "C"  sinif şagirdlərinin iştirakı ilə baş tutub. Onlar video-rolik vasitəsilə şairin həyat və yaradıcılığını müzakirə ediblər. Daha sonra  “Мцыри” poeması təhlil olunub. Şagirdlər poemadan müxtəlif şeir parçaları səsləndirərək “Dəyirmi Masa”nı yüksək səviyyədə həyata keçirə biliblər.

   Direktor müavini Rəna Əbilova, psixoloq Raida Xidirova, UBTR Afaq Səfərovanın iştirakı etdiyi "Dəyirmi masa" qənaətbəxş hesab edilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi