Olimpiya mərkəzinin açılış konfransı

    11 oktyabr tarixində məktəbimiz möhtəşəm bir tədbirə ev sahibliyi edib. Təhsil Nazirliyininin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant layihəsi çərçivəsində fərdi kateqoriya ilə qalib olmuş “Gələcəyin dahiləri” layihəsinin Olimpiya mərkəzinin açılış konfransı olub. Açılışda BŞTİ-nin İnkişaf layihələri sektorunun məsləhətçisi Sevinc Əzimova, layihənin eksperti - fizika sahəsi üzrə fəlsəfə doktoru, dosent Azərbaycan Pedaqoji Universitetinin "Keyfiyyətin təminatı" şöbəsinin müdiri Qalib Şərifov, layihənin təlimçisi əməkdar müəllim Sevda Əsgərli və 1seçim turunda qalib olmuş 104, 275, 285, 72, 279 və S. Bəhlulzadə adına Gimnaziyanın direktorları, fizika müəllimləri, seçim turundan keçmiş şagirdlər, şagirdlərin valideynləri  iştirak ediblər.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru və layihənin rəhbəri Südabə Abdullayeva qaliblərə öz xoş sozlərini ünvanlayıb. Daha sonra qonaqlar çıxış edərək ürək sözlərini bölüşüblər. Sonda çəkilən xatirə şəkli ilə əbədiləşən tədbir iştirakçılara unudulmaz anlar yaşadıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi