Enriko Fermi

Bu gün  9 “A” sinif şagirdlərin fizika dərsi müasir nəzəri və eksperimental fizikaya böyük töhfələr vermiş dahi italyan fiziki Enriko Fermiyə həsr olunub. Fizika dərsini tədris edən Xanım Piriyevanın  təqdimatında hazırlanan dərsdə şagirdlər Ferminin həyatı, fəaliyyəti, elmə qazandırdığı tohfələr barədə fikir mübadiləsi ediblər. Qeyd ediblər ki, istedadına görə onu anadangəlmə fizik adlandırıblar. Şagirdlər əlavə ediblər ki, «Neytron şüalandırılması nəticəsində əldə edilmiş yeni radioaktiv elementlərin kəşfinə və bununla əlaqədar olan yavaş neytronların doğurduğu nüvə reaksiyasının kəşfi»nə görə Enriko Fermi Nobel mükafatına layiq görülüb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi