Xocavənd rayonunun işğalı

Bu gün Azərbaycanın Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 26 il ötür. Tariximizə qanlı hərflərlə yazılan işğal günü şagirdlərimiz tərəfindən də xatırlanaraq qeyd edildi. Tarix dərsini tədris edən Aygün Abbasovanın rəhbərliyi ilə hazırlanan tədbirdə 5"A" sinif şagirdləri iştirak etdilər. Onlar Xocavənd rayonunun əhalisi, yaşayış tərzi, məşğuliyyəti və nəhayət işğalı haqqında məlumat verdilər. Video-roliklər vasitəsilə təqdim olunan görüntülərdə isə rayonun erməni qəsbkarları tərəfindən işğalı zamanı həlak olmuş dinc əhali  izlənildi. Tədbirin sonunda şagirdlərin səsləndirdikləri  şeir parçaları vətənə olan sevgi hisslərinin göstəricisi idi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi