Elekton Məktubun Yaranması Günü

2 oktyabr – Elekton Məktubun Yaranması Günüdür. Informatika müəllimi Təranə Süleymanovanın təşkilatçılığı ilə  8 “A” sinfinin şagirdləri elektron məktubun yaranma tarixi haqqında geniş məlumat veriblər. Onlar öz fikirlərini göstərdikləri slaydlar vasitəsilə davam etdiriblər.  Qeyd ediblər ki,  elektron poçt hazırkı dövrdə insanlar arasında ən çox yayılmış ünsiyyət növüdür. İnternetin köməyi ilə sürətlə informasiya mübadiləsi aparmaq olar. Onun əsas mahiyyəti də elə bundan ibarətdir. Daha sonra şagirdlər İKT bacarığının inkişaf etdirilməsi yolunda apardıqları fikir mübadiləsi ilə dərsin olduqca maraqlı və yaddaqalan keçməsinə nail olublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi