Beynəlxalq Lal-kar Günü

   Bu gün əlamətdar günlərdən biri olan Beynəlxalq Lal-kar Günü məktəbimizin muzeyində qeyd edilib. Sayılıb-seçilən biologiya  müəllimi Aytən Cəbiyevanın təqdimatında hazırlanan Beynəlxalq Lal-kar Günü  müəllimin ifa etdiyi  dahi bestəkar Bethovenin müsiqisi ilə açıq elan edilib. Daha sonra şagirdlərin ifasında kiçik bir səhnəcik izlənilib.  Şagirdlər lal dilində müxtəlif jestlərlə danışaraq lal-kar insanların daxili aləminə səyahət etməyi bacarıblar. Tədbirin sonrakı mərhələsi  şagirdlər tərəfindən hazırlanan təqdimatlarla zənginləşib. Belə ki, onlar tarixə nəzər salaraq fiziki qüsurlu dahi şəxsiyyətlər haqqında qısa monoloqla çıxış ediblər. Məşhur heykəltəraş Klod Andre Desen, yazıçı Viktor Hüqo, Jan Jak Russo, bəstəkar Bethoven və başqalarının  həyat və yaradıcılıq yolu haqqında hazırladıqları informasiyaları təqdim ediblər. Sonda fiziki qüsurlu azərbaycanlı  cüdoçumuz Ilham Zəkiyevin Tokionun Kodokan muzeyində  portretinin olduğunu söyləyərək öz sevinc və fərəh hisslərini bir-birləri ilə bölüşüblər.

  Direktor müavini  Rəna Əbilova, UBTR Afaq Səfərova və kitabxana müdiri Aygün Fətullayeva tərəfindən izlənən tədbir  maraqla qarşılanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi