“Ruminin məsləhəti”

   Bu gün direktor müavini Qızbəs Qasımova və psixoloq Raida Xidirova tərəfindən məktəbimizin 4-cü sinif şagirdlərinin dərsləri izlənildi. 4 “B” sinif rəhbəri Tahirə Babayeva və  4 “A” sinif rəhbəri  Zemfira Tağıyevanın keçdikləri dərsin mövzusu  “Ruminin məsləhəti” idi. Dərslər olduqca gözəl formatda keçirildi. Əvvəlcə şagirdlərlə zərərli vərdişlər haqqında söhbətlər aparıldı. Şagirdlər özlərində aşkar etdikləri zərərli vərdişləri söyləməklə bərabər onların həlli yolunda müəyyət addımlar atmaq üçün fikir mübadiləsi etdilər. Daha sonra “Ruminin məsləhəti” hekayəsi oxundu. Əsərdən çıxan tərbiyəvi nəticə ilə heyrətlənən şagirdlər  dərsdən aldıqları təəssuratı bir-birləri ilə bölüşdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi