Səməd Mərdanovun 110 illik yubileyi

     Milli kino sənətimizin inkişafında əhəmiyyətli xidmətləri olmuş görkəmli   kinorejissor  Səməd Mərdanovun 110 illik yubileyi münasibəti ilə keçirilən “Dəyirmi masa” məktəbimizin muzeyində  baş tutub.  Azərbaycan dili və ədəbiyyat  fənnini şagirdlərə sevdirərək  tədris edən Sədaqət  İsgəndərovanın təqdimatında həyata keçən “Dəyirmi masa”da 7 “D” sinif şagirdləri iştirak etiblər. Onlar kinorejissorun keçdiyi həyat yolu, kino sahəsində gördüyü işlər haqqında geniş söhbət aparıblar. Qeyd ediblər ki, Mərdanov ilk sovet kinokomediyalarından olan "Mavi dənizin sahilində” filminin rejissorudur. Onun “Kəndlilər”  tarixi-inqilabi bədii filmi Azərbaycan  kinosunun qızıl fonduna daxildir. 29 yaşında vəfat etməsinə baxmayaraq  Mərdanovun yaradıcılığı milli kino sənətinin inkişafına təsir göstərmişdir.

“Dəyirmi masa” direktor müavini Rəna Əbilova və UBTR Afaq Səfərova tərəfindən  izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi