Gənc müəllimlərin sinfində dərs dinləmə

Məktəbin illik Fəaliyyət Planının 1.2.4-cü bəndinə uyğun olaraq gənc müəllimlərin pedaqoji bacarıqlarının iknişaf etdirilməsi, özünə inamın artırılması, yaradıcı işə meylinin gücləndirilməsi, gənc müəllim-peşəkar müəllim vəhdətinin yaradılması istiqamətində işin qurulması məqsədilə bu tədris ilində məktəbdə fəaliyyətə başlayan ibtidai sinif müəllimlərinin dərsləri direktor müavini Qızbəs Qasımova tərəfindən dinlənildi.

1 “C” sinif rəhbəri Nigar Mehdizadənin təşkilatçılığı ilə keçirilən riyaziyyat dərsində mövzu “Qaydalar və düzülüşlər” idi.  Şagirdlələrin mövzunu tam olaraq mənimsəməsinə xidmət edən dərsin gedişatı Qızbəs Qasımova tərəfindən olduqca qənaətbəxş hesab edildi.  Direktor müavini daha sonra 1 “Ç” sinfində oldu. Azərbaycan dili fənni üzrə keçirilən dərsin mövzusu “Zooparkda“ idi.  Şagirdlərin səlis danışıq bacarığı, nitq mədəniyyəti yoxlanıldıqdan sonra müəyyən tövsiyyələr edildi.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi