Beynəlxalq Sülh Günü

   279 nömrəli orta məktəbin 3-cü sinif şagirdləri  21 sentyabr-“Beynəlxalq Sülh Günü” ilə əlaqədar tədbir keçirdilər. Tədbirin təşkilatçısı sinfin rəhbəri Minayə Xalıqova idi. O, əvvəlcə 1982-ci ildən bəri bütün dünyada qeyd olunan “Sülh Günü” nün tarixi haqqında ətraflı məlumat verdi. Bildirdi ki, BMT bu günü 1981-ci ildə təsis edib. İlk Sülh Günü 1981-ci ildə 21 sentyabr tarixində qeyd olunub. Daha sonra şagirdlərin ifasında bir-birindən gözəl şeir parçaları və mahnılar səsləndi. Onların hazırladıqları divar qəzetləri isə günün əhəmiyyətini daşıyan informasiyaların göstəricisi idi.

   Direktor Südabə Abdullayeva və digər pedaqoji heyət tərəfindən izlənən tədbir qənaətbəxş hesab edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi