Milli Musiqi Günü

18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir.

279 saylı orta məktəbin akt zalında keçirilən Milli Musiqi Günü də möhtəşəm tərtibatı və  rəngarəngliyi ilə göz oxşayıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələrindən ibarət qonaqların iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə Xalq artisti, professor, tarzən Zamiq Əliyev açıb. Əməkdar mədəniyyət işçisi aşıq Əhliman, Əməkdar artist Zakir Əliyev, muğam müsabiqəsinin qalibləri Məmməd Nəcəfov, Türkanə Nəcəfovanın ifasında səslənən müsiqi inciləri milli müsiqimizin zənginliyindən xəbər verib. “Qarabağ maralı”, “Kərəm gözəlləməsi”, “Segah təsnifi”, “Sevincim Bakı” kimi sənət nümunələrinin təqdimatı dinləyicilərin ruhunu oxşamaqla bərabər, şagirdlərin zövqunu formalaşdırmağa xidmət edib.

Təbdir məktəbin direktoru Südabə xanım Abdullayevanın çıxışı ilə sona çatib.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi