Ilk dərs gününün mövzuları

   Bütün məktəblərdə olduğu kimi bizim məktəbdə də yeni tədris ilində ilk dərs məşğələsi ibtidai siniflərdə “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütailə-mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunub.

Dərs zamanı ibtidai siniflərdə müəllimlər şagirdlərə sağlam həyat yaşamaq üçün idmanla məşğul olmağın faydaları barədə ətraflı məlumat veriblər. V-IX siniflərdə şagirdlərin mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində mütaliənin mühüm rol oynadığından söhbət açılıb. Müəllimlər qeyd ediblər ki, mütaliə insanın təfəkkürünü zənginləşdirir, düşünmə qabiliyyətini artırır . Hər bir kitabı oxuduqda insan sanki başqa aləmə daxil olur. İnsanın mütaliə şüurunun formalaşması uşaqlıq dövründən başlayır. Ailə, bağça, məktəb, kitabxana uşağın mütaliə vərdişlərinə yiyələnməsində əhəmiyyətli rol oynayır. Bununla bağlı olaraq "Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət planı əsasında hazırlanmış birgə İş Planının 2.4.5. bəndi "Mütaliəni həyat tərzinə çevirək " mövzusuna həsr olunub. 

  Yuxarı siniflərdə isə Azərbaycanın keçdiyi inkişaf yollarından bəhs edilib.

Qeyd edək ki, ilk dərslərin bütün ümumi təhsil məktəblərində vahid mövzulara həsr olunması şagirdlərin tədris ilinə daha fəal başlamasına və səmərəli müzakirə mühitinin təşkilinə imkan verir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi