Təhsil formu

 

  Sentyabrın 8-də Heydər Əliyev sarayında Ümumtəhsil məktəblərində dərs deyən ibtidai sinif müəllimlərinin II təhsil forumu baş tutub. Tədbirin təşkilatçılığını “Çinar yayımları” şirkəti edib. Bu tədbirdə məktəbimizin bir qrup müəllimi iştirak edib.Tədbirdə ilk olaraq millət vəkili Qənirə Paşayeva çıxış edərək öz ürək sözlərini dilə gətirib. Daha sonra millət vəkili Sara xanım çıxış edib. O, təhsil sahəsində dövlət islahatlarından danışıb. Pedaqoji elmlər doktoru, professor Hikmət Əlizadənin çıxışı isə auditoriya tərəfindən olduqca maraqla qarşılanıb. O, şagirdlərlə psixoloji davranış və psixoloji dəstək haqqında danışaraq müəllimlərə öz tövsiyyələrini verib. H. Əlizadə çıxışında şagirdlərə şəxsiyyət kimi yanaşmağın  vacib olduğunu müəllimlərin nəzərinə çatdırıb. Sonda "Çinar yayımları" şirkəti tərəfindən təşkil olunan sınaq imtahanından 700 bal yığan şagirdlərin müəllimləri diplomla təltif edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi