Məzunlarla görüş

   2019-cu il ali məktəb imtahanlarında yüksək bal toplamış məzunlarla görüş keçirilib. Görüş Suraxanı Rayon İcra Hakimiyyətinin binasında baş tutub.  Tədbiri giriş sözü ilə açan Suraxanı  Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov  ilk öncə məzunları  təbrik etib. Ölkə rəhbərinin  təhsilə olan diqqət və qayğısından danışıb. Qızıl güllərlə qarşılanan məzunlar çıxış zamanı  valideynlərinə, müəllimlərinə  minnətdarlıq hisslərini ifadə etiblər. Daha sonra Aprel döyüşləri  iştirakçısı Elşən Qarayevə söz verilib. O, öz çıxışında məzunları vətənpərvər ruhda böyüməyə  səsləyib. Tədbirin sonunda akademik Vaqif Əsədov, millət vəkili Ağacan Abıyev çıxış edərək məzunlara və məzun valideynlərinə öz təbriklərini ünvanlayıblar. Tədbir məzunların fəxri fərman və müxtəlif hədiyyələrlə mükafatlandırma mərasimi ilə başa çatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi