Artkaspi saytının efirində çıxış

   Məktəbimizin əməkdaşı Abbbasova Xəyalə (Xəyalə Sevil) növbəti uğura imza atıb. Belə ki, o, Artkaspi saytının efirində çıxış edərək şeirlərini səsləndirib. Xatırladaq ki, Xəyalə müəllimə 2010-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Həmçinin o, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə xətti ilə fəaliyyət göstərən "Gənc Ədiblər" məktəbinin üzvüdür. Qeyd edək ki,  2011-ci ildə Prezident təqaüdünə layiq görülən Xəyalə Sevil 2019-cu ildə Dünya Türk Yazarlar Birliyinin idarə heyətinin üzvü seçilib. 5 şeir və hekayələr kitabı müəllifi Xəyalə Sevilin yaradıcılıq nümunələri mətbuatda müntəzəm olaraq çap olunur. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi