“Vətənə oğul olanlar” bədii-sənədli filmi nümayiş etdirilib

   Respublika Veteranlar Təşkilatında Aprel şəhidi əsgər Əlizaman İslamova həsr olunmuş “Vətənə oğul olanlar” bədii-sənədli filminin nümayişi keçirilib. Filmin ssenari müəllifi Mehriban Sadıqova, quruluşçu rejissoru isə Elman Ağamalıyevdir.

  Tədbirdə Daxili İşlər Nazirliyinin 2 saylı bağçasının və Sumqayıt şəhərinin 35 nömrəli tam orta məktəbin şagirdləri Aprel şəhidlərinə həsr olunmuş şeirlər səsləndirib və tamaşalar göstəriblər. Tamaşalardan sonra film nümayiş etdirilib.

  Filmin nümayişindən sonra çıxış edən Milli Məclisin deputatı Adil Əliyev diqqətə çatdırıb ki, Əlizaman İslamov öz qəhrəmanlığı ilə şəhidlik zirvəsinə ucalıb. Bu gün biz şəhidlərimizi yad etməklə, onların döyüş yolunu gələcək nəsillərə çatdırmaqla xalqımızın igidliyini təbliğ edə, gənclərimizin hərbi-vətənpərvərlik ruhunu artıra, işğal altındakı torpaqlarımızı qaytarmaq üçün qələbə əzmini gücləndirə bilərik.

  Şəhidlərimizin vətənpərvərliyindən, qəhrəmanlığından, ordumuzun cəbhədəki uğurlarından söz açan A.Əliyev bildirib ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün Vətən övladları heç vaxt unudulmayacaq, onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Deputat Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə yüksək diqqət və qayğı göstərdiyini xüsusi vurğulayıb.

 Şəhid Əlizaman İslamovun anası Hürnisə İslamova və digər şəhid anaları övladlarının Azərbaycan dövlətinin öz qəhrəmanlarına və şəhidlərinin xatirəsinə böyük hörmətlə yanaşdığını qeyd ediblər.

  Nəzərə çatdıraq ki, sənədli filmin yaradıcı hissəsində məktəbimizin əməkdaşı Azərbayacan Yazıçılar Birliyinin üzvü, Dünya Türk Yazarlar İttifaqının İdarə Heyətinin üzvü, Prezident fondunun təqaüdçüsü  Xəyalə Abbasovanın (Xəyalə Sevil) "Anamın əlləri" şeiri qiraətçi Müşfiqə Bahəddinqızının ifasında səsləndirilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi