Pedaqoji şura

  Bu gün məktəbimizdə Pedaqoji şuranın növbəti iclası keçirilib. Direktor S. Abdullayeva və direktor müavini T. Hadıyeva  tərəfindən Pedaqoji şurada  müəllimlərə müəyyən tapşırıqlar verilib. Qeyd edilib ki, növbəti dərs ilindən daha fəal və gücləndirilmiş iş rejiminə keçmək müəllimlərin qarşısına qoyulmuş başlıca vəzifələrdən biridir. Direktor müəllimləri diqqətli olmaqla bərabər, qarşıya qoyulmuş məqsədlərin təşkilində və tətbiqində müəllimlərin müstəsna rolu olduğunu  vurğulayıb..2018-2019-cu tədris ilinin II yarımilinin nəticələri və illik yekunun, Fəaliyyət Planının həyata keçirilməsinin vəziyyəti, I-IV siniflərdə  aparılmış monitorinqlərin nəticəsi, V-XI siniflərdə  biologiya, kimya və fizika  fənlərinin  tədrisinin monitorinqinin nəticələri, 2018-2019-cu tədris ilinin  aprel, may və iyun aylarında, eləcə də ilboyu müəllim və şagirdlərin nizam-intizam qaydaları  və dərsə davamiyyətilərinin nəticələri,  I-VIII və X sinif şagirdlərinin sinifdən-sinfə keçirilməsi,  IX və XI sinif məzunlarının buraxılış imtahanları, tədris ilinin sonunda dərsliklərin vəziyyəti  və s. məsələlər müzakirə edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi