Son zəng

  Dəcəl, şıltaq uşaqlıq illəri başa çatdı. Bu gün şagirdlərin gəncliyə,  müstəqilliyə, bir sözlə, həyata qədəm qoyduğu gündür.  Enişli-yoxuşlu həyat yolunun  ilk günüdür. Belə gözəl, belə əlamətdar  “Son zəng” günü bizim məktəbimizdə də böyük təntənə ilə qeyd edilib. Bir-birindən gözəl qızların, oğlanların çıxışları, məktəblə vidalaşma anları hər birimizin yaddaşında  silinməz izlər buraxıb. Direktor S. Abdullayeva da öz çıxışında şagirdlərin sevincinə, kədərinə şərik olduğunu vurğulayıb. 11-cilərə işlərində uğurlar, valideynlərinin  və məktəbin adını daima uca tutmalarını arzulayıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi