Uşaq və gənclərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsi

 

 

   Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Uşaq və gənclərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyəsi” mövzusunda müsabiqə-konfransın qalibləri mükafatlandırılıb. 

  Müsabiqə-konfransda ümumilikdə 224 pedaqoji işçi iştirak edib. Onlardan 35-i  Bakı şəhər mərhələsində iştirak etmək hüququ qazanıb. Münsiflər heyətinin qərarına əsasən, 6 ən yaxşı tədqiqat müəllifi qalib elan olunub. Məktəbimizdə tarix dərsini tədris edən Nərmin müəllim də həmin müsabiqə-konfransda iştirak edərək sərtifikatla təltif olunub.

   Son illər təhsil sistemində həyata keçirilən köklü islahatların, müasir təhsil standartlarının tətbiqinin, keyfiyyətin artırılmasının prioritet istiqamətlərdən biri kimi qəbul olunmasının, vətənpərvər, yüksək bilik və bacarıqlı gənc nəslin yetişdirilməsi yönündə görülən işlərin Azərbaycan təhsilinin inkişaf üfüqlərini daha da genişləndirdiyini söyləyən  BŞTİ-nin rəhbəri təhsil işçilərinin bundan sonra da vəzifələrinin öhdəsindən layiqincə gələcəyinə, müasir təhsil sisteminin qurulması və gənc nəslin vətənpərvərlik, azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsində əzmkarlıqla çalışacaqlarına inamını ifadə edib. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi