“Canlı gül güşəsi” yerli telekanallarımızda

    Məktəbimizdə fəaliyyət göstərən “Canlı gül güşəsi” adlandırdığımız bağın səsi, sorağı bütün Azərbaycana yayılıb. Yerli telekanallarımızdan olan Lider və ARB TV  “Canlı gül güşəsi”nin gözəlliklərini xalqa çatdırmaq məqsədilə məktəbimizdə olub. Kanal əməkdaşları  şagirdlərin daha keyfiyyətli və sağlam təhsil almaları üçün açıq havada yaradılmış,  müxtəlif güllərlə, çiçəklərlə bəzədilmiş gözoxşayan bağın haqqında ətraflı məlumatı efir vasitəsilə təqdim ediblər. Məktəbimizdə biologiya dərsini tədris edən R. Təranə müəllim də bağda keçirilən dərslərin, aparılan bioloji analizlərin səmərəsindən danışıb. Respublika ərazisində ilk və tək olan belə gözəl bir bağın yerləşdiyi məktəbin şagirdi olmağın qürurvericiliyini isə şagirdlər öz çıxışlarında qeyd ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi