A. S. Puşkinin 220 illik yübileyi

   Rus romantik ədəbiyyatının görkəmli nümayəndəsi olan Puşkin Rusiyanın "ən böyük şairi" və müasir rus ədəbiyyatının banisi sayılır. Onun anadan olmasının 220 illik yübileyi məktəbimizdə də böyük həvəslə qeyd edilib. Belə ki, 3 “E” sinif şagirdlərinin iştirakı, sinif rəhbəri K. Aygün müəllimin təşkilatçılığı ilə hazırlanan tədbir rəhbərlik tərəfindən xüsusi maraqla qarşılanıb. Şagirdlər şairin həyatı, yaradıcılığı haqqında ümumi məlumat verdikdən sonra müxtəlif şeir parçaları ilə çıxış edərək tədbirə rəng qatıblar. Daha sonra onun hekayələri əsasında səhnələşdirilmiş səhnəciklər nümayiş olunub.  Şagirdlərin xüsusi yaradıcılıq qabiliyyəti ilə hazırladıqları “Qızıl balıq” hekayəsi isə alqışlarla qarşılanıb.

  Tədbir direktor S. Abdullayeva və direktor müavini R. Əbilova tərəfindən izlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi