"Soldan birinci küçə..."

  Məktəbimizin əməkdaşı X. Abbasovanın  (Xəyalə Sevil) “Soldan birinci küçə” adlı kitabının təqdimat mərasimi keçirilib. Azərbaycan Yazıçılar Birliyinin, Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə keçirilən təqdimat mərasimi M.F. Axundov adına Milli Kitabxanada baş tutub. Tədbiri giriş sözü ilə Milli Kitabxananın direktoru Kərim Tahirov açıb. Daha sonra Əkbər Qoşalı, Fərqanə Mehdiyeva, Nazim Əhmədli, Emil Rasimoğlu, İntiqam Yaşar, Xanım Aydın, Tural Turan, kitabın məsləhətçisi 279 nömrəli məktəbin direktoru Abdullayeva Südabə və başqa qonaqlar çıxış edərək Xəyalə Sevilin yaradıcılığına xoş sözlər ünvanlayıblar. Xatırladaq ki, Xəyalə Sevil Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident fondunun təqaüdçüsüdür. “Soldan birinci küçə” müəllifin çap olunmuş sayca 5-ci kitabıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi