Imaməddin Nəsiminin 650 illik yubileyi

   Bu gün İmaməddin Nəsiminin 650 illiyi məktəbimizdə fərqli formatda qeyd edilib. Belə ki, tarix müəllimi Ofelya Musayevanın təşəbbüsü və təşkilatçılığı ilə keçirilən Breyn Ring intellektual bilik yarışı digər yarışlardan fərqlənib. Ədəbiyyat və tarix dərsinin inteqrasiyası quruluşunda hazıralanan bilik yarışında suallar Nəsimi yaradıcılığını tam əhatə edə bilib.  Fasilə zamanı şagirdlər dahi şairin müxtəlif qəzəllərini səsləndirərərək yarışı daha rəngarəng etməyə nail olublar. Gözəl qiraətçilik qabiliyyəti olan, Nəsimiyə həsr olunmuş ən yaxşı təqdimat edən şagirdlər, həmçinin 1-cilik qazanmış  7 “A” sinfi  yarışın sonunda “Fəxri fərman”la mükafatlandırılıblar. Əməkdar müəllim Ofelya Musayeva yarışı yüksək səviyyədə təşkil etdiyinə görə rəhbərlik tərəfindən “Təşəkkürnamə”yə layiq görülüb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi