Valideynin məktəbdə bir günü

   Bu gün məktəbimizdə Bakı şəhəri üzrə Təhsil İdarəsinın F-66 nömrəli  əmri əsasında “ Valideynin məktəbdə bir günü” adlı layihə həyata  keçirilib. Valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığının təmin olunması, istər infrastruktur, istərsə də tədris prosesinin təşkilinin təkminləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərin əldə edilməsi, qeyri-formal mühitdə məktəbin pedaqoji heyəti və texniki kollektivi ilə ünsiyyət  platformasının yaradılması məqsədilə “ Bakı Şəhəri üzrə təhsil İdarəsi haqqında” Əsasnamənin 15.6-cı bəndini rəhbər tutaraq tətbiq olunan layihədə validenləri 2 “C” sinin şagirdləri qarşılayıb. Ə. Anjelika müəllimin sinif rəhbəri olan 2 “C” sinif şagirdləri musiqi dərsini tədris edən Elmira müəllimin  müşayiəti ilə”Azərbaycan” mahnısını oxuyublar. Daha sonra onlar Kiçik Akadamiyanın növbəti iclasının keçirildiyi muzey otağına baş çəkiblər.  Məktəbimizin müxtəlif sinif otaqları, keçirilən dərslərin keyfiyyəti ilə yaxından  tanış olan valideynlər  həmçinin 1 “C” sinfində olublar. Sara müəllimin rəhbərliyində təqdim olunan Oqtay Zülfüqarovun 90 illik yubiley tədbiri valideynlərin xüsusi marağına səbəb olublar. Məktəbimizin rəhbərliyi, müəllim heyyəti və ümumiyyətlə, bütün kollektiv valideynlərdə  gözəl təəssuratlar yaradıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi