28 May Respublika Günü

   28 May Respublika Gününə həsr edilmiş tədbirlərimiz davam edir. Bu dəfə 5 “A” sinfində nümayiş olunan tədbir öz rəngarəngliyi ilə diqqəti cəlb edib. Azərbaycan dili və ədəbiyyat müəllimi T. Vəliyeva  və musiqi müəllimi E. Məlikovanın təşkilatçılığı ilə hazırlanmış tədbirdə  aparıcılar Azərbaycanın dünəni, bu günü haqqında geniş məlumat veriblər. Cumhuriyyət  tariximiz slaydlar vasitəsilə təqdim olunub.  Şagirdlərin səsləndirdikləri şeirlər mövzu dərinliyi ilə fərqlənib.  İfa olunan rəqslər isə göz oxşayıb. Tədbir direktor Abdullayeva Südabə müəllimin çıxışı ilə sona çatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi