Gənc Prezident təqaüdçülərinin konsert festivalı  

   Mədəniyyət Nazirliyinin rəhbərliyi ilə keçirilən Gənc Prezident təqaüdçülərinin konsert-festivalı  baş tutdu. Məktəbimizin 11 “C” sinif şagirdi Əliyeva Zərrin də həmin festivalda  iştirak etdi. Qeyd edək ki, Zərrin Belçikada keçirilən VI Beynəlxalq ,,Bravo" müsabiqəsində və ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş ümumtəhsil, orta ixtisas təhsilli müəssisələrinin şagird və tələbələri arasında gənc ifacıların II Respublika müsabiqəsində II yer qazanmışdır. O,  Moskva ,,Yeni Adlar,, fondunun təqaüdçüsü, fondun prezidenti D.L.Maçuev tərəfindən (2014) N.Paqanininin anadan olmasının 230 illiyinə həsr olunmuş festivalın laureatı (2012), Ü .Hacıbəyli adına IV,V,VI beynəlxalq festivalların iştirakçısı (2012,2013,2014), Beynəlxalq Rastrapoviç festivalının iştirakçısıdır. Zərrin  ,,Gül bayramı,, münasibəti ilə təşkil edilmiş tədbirlərdə əməkdar incəsənət xadimi F.Kərimovun dirijorluğu altında Bakı şəhər UMİM şagirdlərinin birləşmiş kamera orkestrində fəal iştirakına görə BŞİH başçısı H. Abutalıbovun imzası ilə ,,Fərqlənmə diplomu,, ilə təltif edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi