Beynəlxalq Ailə Günü

    Beynəlxalq Ailə Günü 2 “F” “Sağlam təhsil” sinfində qeyd edilib. Sinif rəhbəri B. Günel müəllim bildirdi ki, Azərbaycan cəmiyyətində ailə hər zaman müqəddəs sayılıb. Bu gün ölkəmizdə ailə cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir. Ailənin əsas sütunlarından biri olan Azərbaycan qadını bu gün özü də ölkəmizdə əmin-amanlığın qorunması, ailə dəyərlərinin yaşadılması naminə əzmkarlıq göstərir. 

Şagirdlər səsləndirdikləri şeirlər, oxuduqları mahnılar vasitəsilə öz ailələrinə olan məhəbbətlərini ifadə ediblər. Hazırladıqları divar qəzetləri isə onların birgə zəhmətinin nəticəsi kimi yüksək qiymətləndirilib. Direktor müavinləri Qasımova Qızbəs və Əbilova Rəna dərsin gedişatını qənaətbəxş hesab ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi