Qobustan abidələrinə ekskursiya

   Şagirdlərin dünyagörüşünü formalaşdırmaq məqsədilə qədim Azərbaycan xalqının yaşayış tərzi, məşğuliyyəti  əks olunan Qobustan abidələrinə ekskursiya təşkil olunub. 3 “E” sinfinin iştirakı ilə baş tutan ekskursiyaya K. Aygün müəllim rəhbərlik edib. Şagirdlər ekskursiyada əcdadlarımızın qaya üstündə həkk etdikləri yazılarla tanış olublar. Muzeydə qorunub saxlanılan qədim insanların ayaq izləri, sümükləri onlarda xüsusi maraq yaradıb. Bələdçi tərəfindən verilən müxtəlif maarifləndirici informasiyalar şagirdlərin ümumi məlumatlılıq səviyyəsini genişləndirməyə xidmət edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi