Soltan Hacıbəyovun 100 illik yubileyi

   Bu gün məktəbin muzeyində görkəmli bəstəkar Soltan Hacıbəyovun 100 illik yubleyi böyük təntənə ilə qeyd edilib. Tədbiri giriş sözü ilə açan aparıcı Hacıbəyovun  Azərbaycan musiqi mədəniyyəti tarixində özünəməxsus istedada malik bəstəkar, pedaqoq, ictimai xadim kimi mövqeyindən danışıb. Qeyd edib ki, S. Hacıbəyov yaradıcılıq simasının aydınlığı, dünyagörüşünün saflığı, şairanəliyi ilə fərqlənir. Hacıbəyov musiqidə peyzaj rəsmlərinin gözəl ustası kimi tanınır. Daha sonra söz musiqiyə verilib. 1 “B” sinif şagirdlərinin ifasında “Oynaq topum” mahnısı səsləndirilib. Mahnı şagirdlərin yaradıcı fəaliyyəti, gözəl səhnə tərtibatının nümayişi ilə izləyicilərə xoş anlar yaşadıb.  2 “B” sinfinin təqdim etdiyi “Azərbaycan” rəqsi  tədbirə xususi maraq qatıb.  5 “C” sinif şagirdi Zəhranın ifasında səslənən “Kimlər gəldi, kimlər getdi” mahnısı isə tədbirdə canlanma yaradıb.

  Musiqi dərsini tədris edən B. İradə müəllimin təşkilatçılığı ilə hazırlanan tədbir direktor Südabə Abdullayevanın çıxışı ilə sona çatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi