Beynəlxalq Günəş günü

   6 “B” sinfində keçirilən dərs“Beynəlxalq günəş günü” nə həsr edilib. Fizika müəllimi Xanım Piriyevanın təşəbbüsü ilə həyata keçən dərsdə mövzuya dair məlumatlar müzakirə obyektinə çevrilib. Qeyd edilib ki, bizim planetimiz, yəni Yer kürəsi Günəş ətrafında dövr edən səkkiz planetdən biridir. Planetlər və onların peykləri, həmçinin asteroidlər və kometalar Günəş sistemini təşkil edirlər.

  Günəş — yüksək temperaturu sayəsində öz-özünə işıq verən ulduzdur. Planetlər isə özləri işıq vermir, günəş işığını əks etdirirlər.  Bununla da planetlər ulduzlardan fərqlənirlər.

Bu və digər bu kimi məlumatlarla çıxış edən şagirdlər bildiklərini bölüşməyə, bilmədiklərini isə öyrənməyə nail oldular.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi