“Gələcəyini qur” gəncliyə dəstək layihəsi

   Bu gün məktəbin muzeyində keçirilən seminar “Gələcəyini qur” gəncliyə dəstək layihəsi  çərçivəsində baş tutub. Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşlarının təşkilatçılığı ilə keçirilən layihədə  10-cu sinif şagirləri iştirak ediblər . Layihənin məqsədi universitetlərə hazırlaşmaq imkanı məhdud, lakin oxuma həvəsi olan, bilikli və bacarıqlı gənclərin ali məktəblərə qəbul olmalarına dəstək göstərməkdir. Layihə müddətində şagirdlərin hərtərəfli fərdi inkişafı və karyeralarını planlaşdırmaları üçün müxtəlif təlimlər, ölkəmizin aparıcı universitetlərində seminarlar və təqdimatlar nəzərdə tutulmuşdur. Layihəyə seçilmiş şagirdlər ölkənin aparıcı universitetlərinə qəbul olmaları üçün 1il ərzində xüsusi hazırlıq kurslarında bilik və bacarıq səviyyələrini yüksəldəcəklər. 10-cu sinif şagirdlərindən bir neçə nəfər də qeydiyyatdan keçərək layihədə iştirak üçün xüsusi həvəs göstəriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi