Beynəlxalq Rəqs Günü

   Aprelin 29-u Beynəlxalq Rəqs Günüdür. Bu günü qeyd etmək məqsədilə keçirilən tədbir məktəbin akt zalında baş tutub. Musiqi müəllimləri E. Məlikova və İ. Hüseynova tərəfindən təşkil edilən tədbirdə 3 “Ç” və 6 "E" sinif şagirdləri iştirak ediblər.  Tədbir aparıcının giriş sözü ilə ilə başlayıb. Qeyd edilib ki, Azərbaycan xalqının da özünəməxsus bir çox rəqsləri vardır.Onlara nümunə olaraq "Vağzalı", "Uzundərə", "Nəlbəki", "Ceyranı", "Cəngi", "Qaytağı", "Qazağı", "Xançobanı" rəqslərini göstərmək olar. Tədbirdə Əminə Dilbazi, Afaq Məlikova, Təranə Muradova haqqında videoçarxlar izlənilib. Daha sonra istedadlı şagirdlər tərəfindən milli və dünya rəqslərindən  nümunələr təqdim edilib. Milli geyimlərin rəngli çalarları altında sona çatan tədbir direktor A. Südabə müəllim tərəfindən izlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi